Bakıda 25 manata görə gənci amansızlıqla öldürdülər
İyunun 14-də axşam saatlarında Bakının Xətai rayonunda törədilmiş qətlin üstü açılıb. Bu barədə Xətai Prokurorluğundan məlumat verilib. Cinayətin qurbanı 18 yaşlı Mehdi Əliyevdir. Qatil ona səkkiz bıçaq zərbəsi endirib. İnsident Məhəmməd Hadi küçəsində, 91 saylı binanın qarşısında baş verib. İyunun 17-də Cinayət-axtarış şöbəsinin əməliyyatçıları qətli törətməkdə şübhəli bilinən 21 yaşlı Cavid Hüseynovu saxlayıblar. İlkin məlumata əsasən, gənclər arasında münaqişəyə M.Əliyevin C.Hüseynova 25 manat borclu olması səbəb olub. M.Əliyevin borcu ödəməkdən imtina etməsi C.Hüseynovu özündən çıxarıb və nəticədə qanlı cinayət baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) üzrə cinayət işi açılıb.(oxu)
18 İyun, 2019 15:46 ⁄ Baxılıb: 725
Bu bölmədə17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü22 Yanvar, 2024 33 yaşlı kişi itkin düşüb - SUMQAYITDA31 İyul, 2023 DSX-nin əsgəri dünyasını dəyişib |