Məhəmməd Mursi dəfn edilib
Misirdə demokratik üsullarla seçilmiş ilk prezident Məhəmməd Mursi ötən gün məhkəmə zalında dünyasını dəyişib. Xarici KİV xəbər verir ki, onun nəəşi bu gün səhər yerli vaxtla saat 05:00-da Qahirədə torpağa tapşırılıb. Dəfn mərasimi zamanı yüksək təhlükəsizlik tədbirləri görülüb. Məhəmməd Mursi Qahirənin şərqində, Mədinət Nəsr adlı yerdə “Müsəlman qardaşlar” hərəkatının üzvlərinin dəfn edildiyi qəbristanlıqda dəfn edilib. Dəfn mərasimində M. Mursinin ailəsi və vəkilləri xaricində heç kim iştirak etməyib. Qeyd edək ki, 2012-ci ildə Misir prezidneti seçilən M. Mursi, 2013-cü ilin iyun və iyul aylarında baş vermiş kütləvi nümayişlərdən sonra Misir Silahlı Qüvvələri tərəfindən devrilərək həbs edilmişdi.(yeniavaz)
18 İyun, 2019 12:14 ⁄ Baxılıb: 880
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |