Simsar.az | bizi özünüzə Simsar bilin
Partiyalar haqqında qanun Venesiya komissiyasının diqqətində

Qurum məruzəçi təqdim edəcək

Bu günlərdə Venesiya Komissiyası Azərbaycan hakimiyyətindən "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklərə baxmaqla bağlı sorğu alıb və bu layihə üzrəində konstuktiv işləyəcəyinə ümid edir. Bu barədə çərşənbə axşamı telefonla Trend-ə Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov deyib. 


Onun sözlərinə görə, gələn həftə plenar iclas keçiriləcək. İclasda bu məsələ ilə bağlı həmməruzəçilər təyin ediləcək. Bundan sonra Venesiya Komissiyası "Siyasi partiyalar haqqında" qanunun mətni üzərində düzəlişlərə başlayacaq.

"Lazım olsa, son rəy verilənədək layihəni hazırlayanlarla fikir mübadiləsi aparmağa hazırıq. Ümid edirik ki, layihə artıq payızda hazır olacaq", - Kuznetsov qeyd edib.

Milli Məclisin payız sessiyasında "Siyasi pratiyalar haqqında" yeni qanun layihəsi müzakirəyə çıxarıla bilər. Siyasi partiyalar mövcud "Siyasi pratiyalar haqqında" qanuna partiyaların maliyyələşdirilməsi və ya yeni qanunun qəbul edilməsi məsələsi ilə bağlı əlavə və dəyişikliklərin edilməsi üçün təkliflər irəli sürüblər.

7 İyun, 2011  22:15 Baxılıb: 1206

Bu bölmədə