Simsar.az | bizi özünüzə Simsar bilin
Moskva saatla bağlı yekun qərarı verdi

RUSİYA SAATIN ƏQRƏBLƏRİNİ İRƏLİ-GERİ ÇƏKMƏKDƏN RƏSMƏN İMTİNA ETDİ

Rusiya prezidenti Dmitri Medvedyev ölkədə yay-qış vaxtına keçidin ləğv olunması haqda qanunu təsdiqləyib.

Simsar.az-ın saytı xəbər verir ki, qanunu mayın 20-də Dövlət Duması qəbul edib, mayın 25-də isə Federasiya Şurası təsdiqləyib.

Medvedyevin iyunun 3-də imzaladığı sərəncam 2011-ci ilin payızından qüvvəyə minir.

Medvedyev 2011-ci il fevralın 8-də gənc alimlərlə və prezident mükafatçıları ilə görüşəndə demişdi ki, Rusiya yay-qış vaxtına keçid praktikasından imtina edir və bu, saatın əqrəblərinin irəli-geri çəkilməsindən doğan stressləri, xəstəlikləri aradan qaldırmaq məqsədi daşıyır.

7 İyun, 2011  22:10 Baxılıb: 1118

Bu bölmədə