Simsar.az | bizi özünüzə Simsar bilin
Medvedev Bakının rus dili siyasətini dəstəkləyir

Dmitri Medvedev: “Azərbaycanda rus dilini inkişaf etdirmək üçün çox iş görülür”

Rusiya Prezidenti Dmitri Medvedev bildirmişdir ki, Azərbaycanda rus dilini inkişaf etdirmək üçün çox iş görülür.

AzərTAc Rusiya Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, Dmitri Medvedev iyunun 6-da - Aleksandr Sergeyeviç Puşkinin ad günündə şairin adını daşıyan Dövlət Rus Dili İnstitutunda olub.

Rusiya dövlətinin başçısı elm-təhsil cəmiyyətinin, Rusiya dilçiləri birliklərinin, “Russkiy mir” Fondunun əməkdaşları, gənc rusistlər, rus dilinin qlobal şəbəkədə təbliği üzrə mütəxəssislərlə görüşüb. D.Medvedev görüş əsnasında iyunun 6-nın Rus Dili Günü elan olunması haqqında Fərman imzaladığını açıqlayıb.

Müstəqil Dövlətlər Birliyi ölkələrində rus dilinə marağın artması məsələsinin müzakirəsi zamanı Prezidentə məlumat verilib ki, Azərbaycanda rus dilində tədris aparılan məktəblərin sayı artır. Prezident isə əlavə edib: “Elədir ki var. Azərbaycanda çox iş görürlər”.

7 İyun, 2011  21:58 Baxılıb: 1029

Bu bölmədə