"Yanardağ"a gedən avtobusların sayı artırıla bilər
Dövlət Turizm Agentliyi "Yanardağ" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma işlərinin aparılması və qoruğa marağın artmasını nəzərə alaraq, buraya gələn marşrut avtobuslarının sayının artırılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edəcək. Bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə "Yanardağ" qoruğuna mediatur zamanı deyib. Onun sözlərinə görə, hazırda "Yanardağ"a gələn marşrut avtobusları var: "Hər kəs bu marşrut avtobuslarından istifadə edir. Lakin biz Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın". K.Quluzadə əlavə edib ki, həm "Yanardağ", həm də "Atəşgah"a Hökumət evinin yanından "Baku city tour" avtobusları da gedir. Agentlik rəsmisi gələcəkdə "Yanardağ"da tibb məntəqəsinin açılacağını da vurğulayıb.
13 İyun, 2019 14:51 ⁄ Baxılıb: 1195
Bu bölmədə24 Aprel, 2024 Aybəniz Haşımova Fidan Hacıyevanı təbrik etdi23 Aprel, 2024 Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI18 Aprel, 2024 Azərbaycan baleti İtaliya səhnəsində20 Fevral, 2024 Xalq artisti Leyla Şəripova vəfat edib – KİV25 Noyabr, 2023 İlham Qasımov Heydər Əliyev Sarayına direktor təyin olundu |