Simsar.az | bizi özünüzə Simsar bilin
16 yaşlı yeniyetmə küçədə bıçaqlandı - BAKIDA

Bakıda yeniyetmə küçədə bıçaqlanıb. Hadisə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 5-ci döngədə yerləşən "Neptun" marketin qarşısında baş verib. Şəki şəhərində anadan olmuş, Binəqədi qəsəbə sakini, 2002-ci il təvəllüdlü İsayev Sakit Teymur oğlu 2003-cü il təvəllüdlü Vəliyev Nicat Bağban oğlu tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.(trend)

13 İyun, 2019  11:39 Baxılıb: 854

Bu bölmədə