Mövqelərimiz minaatanlardan atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan (8 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Şıxlar, Abdinli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
12 İyun, 2019 13:10 ⁄ Baxılıb: 791
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |