Tokayev and içdi
Qazaxıstanda prezident seçkilərində qalib gəlmiş Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib. İnauqurasiyadan sonra Tokayev rəsmi olaraq dövlət başçısı vəzifəsinin icrasına başlayıb. Bu barədə “RİA Novosti” məlumat yayıb. “Qazaxıstan xalqına xidmət edəcəyimə, Qazaxıstan konstitusiyası və qanunlarını rəhbər tutacağıma, vətəndaş hüquq və azadlıqlarının qorunmasını təmin edəcəyimə and içirəm”, - deyə Tokayev andiçmə mərasimində bildirib. O, dövlət başçısı vəzifəsini vicdanlı şəkildə yerinə yetirəcəyinə söz verib. Xatırladaq ki, Qazaxıstanda növbədənkənar seçkilər iyunun 9-da keçirilib. Seçkilərdə seçici fəallığı 77,4 faiz təşkil edib. Tokayev ümumi səslərin 70,96 faizini qazanıb.
12 İyun, 2019 11:38 ⁄ Baxılıb: 1136
Bu bölmədə18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb |