“Xətai” stansiyasının açılacağı vaxt bəlli oldu
“Bakı Metropoliteni”nin “Xətai” stansiyası avqust ayında açılacaq. Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov məlumat verib. O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir: “Biz çalışırıq ki, “Xətai” stansiyasını sərnişinlərin istifadəsinə mümkün qədər tez verək. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək”. H.Məmmədov qeyd edib ki, “B3” stansiyasının tikintisinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Onun sözlərinə görə, hazırda həmin ərazidə təmir-tikinti işləri davam etdirilir.
11 İyun, 2019 13:41 ⁄ Baxılıb: 694
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |