Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda bıçaqlanma

İyunun 9-dan 10-na keçən gecə, təxminən 02:00 radələrində Bakının Xətai rayonunun Rza Quliyev küçəsində bıçaqlanma hadisəsi olub. Oxu.Az xəbər verir ki, 37 yaşlı Novruzov Vüqar Firəddin oğlu bıçaqlanıb. İki bıçaq zərbəsindən biri V.Novruzovun qarın nahiyəsinə endirilib. Zərərçəkən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 36-cı Polis Bölməsinin əməkdaşları 24 yaşlı Xəlilov Elvin Pərviz oğlunu saxlayıb. İlkin məlumata görə, tərəflər arasında münaqişə məişət zəminində baş verib. Sağlamlığa ağır zərərvurma faktı üzrə cinayət işi açılıb. Paytaxtın hüquq-mühafizə orqanlarının məlumatına görə, iyun ayında bıçaqlanma nəticəsində sağlamlığa ağır xəsarət yetirmə ilə bağlı beş fakt qeydə alınıb.(oxu)

11 İyun, 2019  13:37 Baxılıb: 793

Bu bölmədə