Xəzər dənizində tanker partladı: ölənlər var
Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib. Bu barədə “Ren TV” məlumat yayıb. “Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir. “İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir. “RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib. Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub. “Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, - deyə “Rosmorreçflot”dan bildiriblər.(oxu)
11 İyun, 2019 11:16 ⁄ Baxılıb: 899
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |