Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı metrosunda daha iki yeni qatar

Rusiyanın “Metrovaqonmaş” zavodundan alınan 10 vaqondan ibarət iki yeni qatar Bakıya gətirilib. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda təhvil-təslim işi aparılır: “Müasir tipli iki qatar tərkibi artıq paytaxtdadır. Hazırda qatarların təhvil-təslim prosesi gedir. İyun ayının 11-də hər iki qatar tərkibi depoya daxil olacaq. Yekun olaraq sazlama və sınaq mərhələsindən sonra qatarlar xəttə buraxılacaq.

Gələn aydan etibarən isə daha dörd qatar tərkibi - 20 yeni vaqonun Bakıya gətirilməsi gözlənilir. İlin sonuna qədər həmin vaqonlar da xəttə buraxılacaq”.

10 İyun, 2019  18:47 Baxılıb: 815

Bu bölmədə