Simsar.az | bizi özünüzə Simsar bilin
"Son zəng" hər bir məktəbin ərazisində keçiriləcək - ƏMR

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq. Təhsil Nazirliyindən verilən xəbərə görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb.

Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub. Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.(apa)

10 İyun, 2019  16:13 Baxılıb: 713

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası