Ermənistanda meriya binasına qumbara atdılar
Ermənistanın Vedi şəhərində qumbara partlayıb. Hadisə ilə bağlı erməni KİV-ləri xəbər yayıb. Məlumata görə, hadisə gecə saatlarında baş verib, yerli sakin qumbaranı meriya binasına atıb. Qumbaranın meriya binasının nikah qeydiyyatı şöbəsinin otağına düşdüyü bildirilir. Partlayış nəticəsində binaya ziyan dəyib. Qumbaranı atan şəxsin 56 yaşı olduğu açıqlanıb. Məlum olub ki, həmin şəxs ona ayrılmış yaşayış yerində spirtli içki içərək, ətrafdakıların normal yaşayışına mane olduğu üçün ondan mənzili tərk etmək tələb olunub. Buna cavab olaraq isə həmin şəxs qumbara ilə meriya binasına hücum edib. Faktla bağlı araşdırma başlayıb.(trend)
10 İyun, 2019 11:58 ⁄ Baxılıb: 880
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |