Simsar.az | bizi özünüzə Simsar bilin
3 tona yaxın narkotik bitki məhv edildi - Qaxda

Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edildi. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə bitkiləri aşkar edilib.

Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd həmin narkotik tərkibli bitkilər polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.

8 İyun, 2019  12:50 Baxılıb: 840

Bu bölmədə