Messi və Martinesin dublu Argentinaya qələbə qazandırdı
Argentina yığması Nikaraqua komandası ilə yoldaşlıq görüşündə 5:1 hesabı ilə qələbə qazanıb. Görüş San-Huanda “Bisentenario” stadionunda baş tutub. Argentina yığmasının tərkibində komandanın kapitanı Lionel Messi (37 və 38-ci dəqiqələr) dubl ilə fərqlənib. İtaliyanın “İnter” klubunun forvardı Lautaro Martines də öz hesabına iki qol (63 və 73-cü dəqiqələ) yazdı. Daha bir qolu isə İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Roberto Pereyra (81-ci dəqiqə) vurub. Məğlub komandanın aktivinə yeganə qolu havbek Huan Barrera yaza bilib (ikinci tayma əlavə olunmuş 1-ci dəqiqədə). Parallel olaraq gedən görüşdə isə Uruqvay yığması Panama komandası üzərində 3:0 hesabı ilə qələbə qazanıb. Vurulmuş qollarla Maksi Homes (19), Luis Suares (69) və Federiko Valverde (79) fərqlənə biliblər.(oxu)
8 İyun, 2019 11:11 ⁄ Baxılıb: 996
Bu bölmədə4 Dekabr, 2023 Heydər Əliyev ili çərçivəsində növbəti turnir20 Noyabr, 2023 Millimiz Avropa çempionatında rekordunu yenilədi4 Noyabr, 2023 Vüqar Nadirov yeni futbol klubu yaradıb |