Simsar.az | bizi özünüzə Simsar bilin
Sükan arxasında yatdı, qəza törətdi - GƏNCƏDƏ

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şah İsmayl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Chevrolet” markalı minik maşını yolun kənarında dayanan “VAZ 2107” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin məlumata görə, qəzaya səbəb “Chevrolet”in sürücüsünün sükan araxasında yuxu tutması olub. Faktla bağlı araşdırma aparılır.(apa)

7 İyun, 2019  10:46 Baxılıb: 812

Bu bölmədə