İlham Əliyev İtaliya Prezidentinə məktub göndərib
Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya təbrik məktubu göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, İtaliya Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-İtaliya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında zəngin tarixə malik əlaqələr bu gün siyasi, iqtisadi və humanitar sahələrdə geniş və səmərəli əməkdaşlığımızla yeni mərhələyə qədəm qoymuşdur. İtaliya Respublikası Prezidentinin Azərbaycana ilk səfəri olaraq keçən il ölkəmizə səfərinizi, apardığımız danışıqları və müzakirələri ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, dost və strateji tərəfdaş olan ölkələrimizin ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı fəaliyyəti bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
1 İyun, 2019 17:19 ⁄ Baxılıb: 843
Bu bölmədə17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi14 Mart, 2024 Erməni qoşunları bu kəndlərdən çıxarılır19 Fevral, 2024 Prezident İlham Əliyev Türkiyədə səfərdədir |