Simsar.az | bizi özünüzə Simsar bilin
Sipark İnşaat idarəçiliyi uşaqlara həvalə etdi - BAYRAM SEVİNCİ - FOTO - VİDEO

Məlum olduğu kimi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Atıq 69 ildir dünyada qeyd olunan tarixin uşaqların müdafiəsinə həsr edilməsi haqda qərar BMT Baş Assambleyasında 1950-ci ildə qəbul olunub.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu tarix Azərbaycanda da qeyd edilir. Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb. Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilir. Bu gün tikinti sahəsində tanınan Sipark İnşaat şirkəti uşaqlar üçün əsl bayram abu-havası yaşadıb. Şirkət rəhbərliyi idarəçiliyi bir neçə saatlıq onlara həvalə edərək maraqlı bir gün keçirmələrinə şərait yaradıb. Uşaqların sevinc dolu yaşadığı anların fotolarını və video çarxı təqdim edirik:

 

 
 

 

1 İyun, 2019  12:08 Baxılıb: 1348

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası