Simsar.az | bizi özünüzə Simsar bilin
Həmsədrlərin "köhnə hamam, köhnə tas" prinsipi

Elmar Məmmədyarov təzə heçnə olmadığını dedi

“ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni təkliflərlə gəlməyiblər. Bu səfərdə əvvəlki təkliflər əsasında müzakirələr aparılır”.


Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. 

Nazir həmsədrlərin bu gün Bərdədən Dağlıq Qarabağ ərazisinə yola düşəcəklərini, oradan isə İrəvana gedəcəklərini açıqlayıb: “İrəvanda müzakirələr davam etdiriləcək, şənbə günü Moskvada Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlər olacaq”.

7 İyun, 2011  18:03 Baxılıb: 1152

Bu bölmədə