Şəhid mayorumuz dəfn olundu
Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb. Şəhidin nəşi dəfn edilməsi üçün Qax rayonuna gətirilib, daha sonra Lələpaşa kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Qax Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Bayrağı şəhidin atasına təqdim edilib, havaya yaylım atəşi açılıb. Qeyd edək ki, şəhid mayor Aqil Omarov ailəli olub və iki oğlan övladı var.(report)
31 May, 2019 16:20 ⁄ Baxılıb: 958
Bu bölmədə19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var |