Simsar.az | bizi özünüzə Simsar bilin
İraqda partlayışlar: ölən və yaralılar var

İraqın Kərkük şəhərində ardıcıl altı partlayış baş verib. “Anadolu” agentliyi xəbər verir ki, partlayışlar nəticəsində azı altı nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb. Bildirilir ki, partlayıcı qurğular şəhərin müxtəlif küçələrində işə salınıb.

İraq Silahlı Qüvvələrinin mətbuat xidmətindən qeyd ediblər ki, ümumilikdə səkkiz partlayıcı qurğu olub, onlardan ikisi zərərsizləşdirilib.

31 May, 2019  10:21 Baxılıb: 909

Bu bölmədə