Bu gün Milli Məclisin yaz sessiyası başa çatır
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək. İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Milli Məclisin növbədənkənar xüsusi sessiyasının ilk plenar iclası isə iyunun 14-də keçiriləcək. Sessiya çərçivəsində komitə iclasları və iki plenar iclasın keçirilməsi nəzərdə tutulub. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir. Milli Məclisin payız sessiyası isə sentyabrın 30-da başlayacaq.
31 May, 2019 10:13 ⁄ Baxılıb: 778
Bu bölmədə19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO18 Aprel, 2024 “WhatsApp”da yeni funksiya var17 Aprel, 2024 Hadı Rəcəbli vəfat etdi |