Simsar.az | bizi özünüzə Simsar bilin
Səadət Veysova təmir üçün hər sinifdən 120 azn pul yığır

"20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova təmir üçün hər sinifdən 120 azn pul yığır. Bu barədə övladları həmin məktəbdə oxuyan valideynlər deyir. Bundan əlavə məktəbdə son zəng tədbiri üçün 11-ci sinif şagirdlərinin hərəsindən 40 azn yığılır. Deyilənə görə, 11 - lər 5 sinifdir. Nəzərə alsaq ki, hər sinifdə azı 25 şagird var, toplanacaq pulla son zəng tədbiri yox e, beynəlxalq yarışlardan birinə ev sahibliyi etmək olar".

Məlumatı tanınmış jurnalist İradə Nurəddinqızı öz facebook səhifəsində paylaşıb. Məlumat üçün bildirək ki, 20 saylı məktəb-lisey yeni tikilib və əsaslı təmir olunub. Maraqlıdır ki, yeni təmirdən çıxan məktəbin indi harasını təmir edirlər ki, 120 manatdan pul yığırlar?

30 May, 2019  17:31 Baxılıb: 2238

Bu bölmədə