Simsar.az | bizi özünüzə Simsar bilin
“Özün de” fiziki məhdudiyyətli şəxslərə psixoloji dəstək” adlı layihə

Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Przidentini yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını maliyyə dəstəyi ilə “Özün de” fiziki məhdud şəxslərə psixoloji dəstək” adlı layihənin icrasına başlayıb. Simsar.az -a təşkilatdan bildiriblər ki, layihənin  məqsədi, məhdudiyyəti olan uşaqları özünə, cəmiyyətə, ailələrinə və sosial çevrəsinə faydalı bir fərd kimi inkişaf etdirməkdir. Ən əsas isə fiziki məhdudiyyətli şəxslərin özlərinin sosiallaşması üçün nə etmək istədiklərini araşdırmaqdır. Layihə 3 ay müddətində davam edəcək. Layihə çərçivəsndə 20 yaxın ailəyə psixoloji məsləhətlər keçiriləcək. Həmin məsləhətlər fiziki məhdudiyyətli şəxlərlə yanaşı onların valideynləriə də tətbiq ediləcək. Fərdi məsləhətlərin sonunda fiziki məhdud şəxslərə və valideynlərinə ayrı-ayrılıqda  qrup terapiyalar həyata keçiriləcəkdir. Artıq 27 may 2019-cu ildə başlamış psixoloji xidmət 31 may  2019-cu tarixlərindək davam edəcək. 5o nəfər fiziki qüsurlu şəxslər arasında isə sosiallaşmalrı üçün özlərinin istək və arzularını öyrənmək üçün “Hummel” Psixoloji Mərkəzi tərəfindən hazırlanmış Sosioloji sorğu keçiriləcəkdir. Sonda sosioloji sorğuların nəticələri araşdırılaraq broşur halında çap ediləcək.  Təqdimat təşkil edilərək broşur ictimaiyyətə təqdim ediləcək.

Layihənin davamı olaraq Sosioloji sorğuların nəticələri nəticəsində ərsəyə gəlmiş yeni ideyalar aidiyyəti orqanlara təəqdim edilərək daha geniş layihələr həyata keçirməyi planlaşdırır.

 

30 May, 2019  12:54 Baxılıb: 833

Bu bölmədə