Nazarbayev hamıya orden verdi - Paşinyandan başqa
Qazaxıstanın paytaxtında Ali Avrasiya İqtisadi Şurasının iclası start götürüb. İclasda Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan liderləri iştirak edir. Rusiya mətbuatının verdiyi məlumata görə, iclas Avrasiya İqtisadi İttifaqının yaradılmasının beş illiyinə təsadüf edir. İclasın gedişində Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevə Ali Avrasiya İqtisadi Şurasının fəxri sədri adının verilməsi ilə bağlı qərar qəbul olunub. Bir gün əvvəl Nursultan Nazarbayev Qazaxıstan paytaxtına gəlmiş qonaqlara yubiley münasibətilə öz adını daşıyan ordenlər verib. Məlumata görə, Ermənistan Baş naziri Nikol Paşinyandan başqa, hamı ordenlə təltif olunub. Mükafatlandırma ilə bağlı prezident fərmanında onun adı yer almayıb.
29 May, 2019 15:53 ⁄ Baxılıb: 1063
Bu bölmədə18 Oktyabr, 2023 Türkiyədə üçgünlük matəm elan olunub6 Fevral, 2023 Türkiyədə deputat və ailəsi dağıntılar altında qalıb19 Dekabr, 2022 Türkiyə “qırmızı bülleten”lə axtarılan terrorçunu saxladı21 Noyabr, 2022 Türkiyədə meşə yanğını başlayıb |