Simsar.az | bizi özünüzə Simsar bilin
Leyla Əliyeva Sankt-Peterburqun qubernatoru ilə görüşdü

Matviyenko Heydər Əliyev Fonduna minnətdarlıq edib

İyunun 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Sankt-Peterburq şəhərinin qubernatoru Valentina Matviyenko ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasındakı dostluq münasibətləri müzakirə olunmuşdur.

V.Matviyenko Sankt-Peterburqdə keçirilən tədbirlərə görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirmişdir.

Görüşdə, həmçinin əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılmışdır.
Həmin gün Leyla xanım Əliyeva Sankt-Peterburqun ən qədim təhsil ocaqlarından biri olan 163 saylı orta məktəbdə bu şəhərin təhsil komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya ilə görüşmüşdür.

Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun bu məktəbdə ölkələrimiz arasında dostluq münasibətlərini əks etdirən mədəni təhsil mərkəzinin yaradılması ilə bağlı planlarından danışmışdır.

7 İyun, 2011  16:30 Baxılıb: 1744

Bu bölmədə