Buraxılış imtahanlarının nəticələri açıqlandı
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il mart ayı ərzində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Artıq ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri də “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil olmaqla məktəbdə təhsil alan və buraxılış imtahanı verən şagirdlərin imtahan nəticələrinə (elan olunmuş) baxa bilərlər. Şagirdlərin imtahan nəticələrinin təhlili gələcəkdə məktəblərin göstəricilərinin daha da yaxşılaşdırılması üçün faydalı ola bilər.
20 May, 2019 12:26 ⁄ Baxılıb: 790
Bu bölmədə24 Aprel, 2024 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ19 Aprel, 2024 Sabahın hava proqnozu19 Aprel, 2024 Baş prokuror Ağdaşda qəbul keçirəcək18 Aprel, 2024 Ağcabədi rayonunun 110 min manatlıq yolu... FOTO |