Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistan prezidentinin siyasi iradəsi yoxdur

Novruz Məmmədov: “Prezidentlərin Kazan görüşündən gözləntilər çoxdur”

“Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar regionda “status kvo”nun dəyişdirilməsini tələb edir”


“Prezidentlərin Kazan görüşündən gözləntilər çoxdur”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. N. Məmmədovun sözlərinə görə, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar tələb edir ki, regionda “status kvo” dəyişdirilsin, yəni Azərbaycan torpaqları işğaldan azad olunsun, məcburi köçkünlər öz yurdlarına qayıtsın, sabitlik yaradılsın: “Bu ümidləri doğrultmaq üçün Ermənistan prezidenti özündə siyasi iradə tapmalı, mövqeyini bildirməlidir. Ermənistan tərəfi müxtəlif bəhanələr gətirərək danışıqla prosesini uzatmağa çalışır. Bu, qeyri-konstruktiv addımdır”.


Şöbə müdiri bildirib ki, danışıqlar prosesində Dağlıq Qarabağda referendum keçirilməsi məsələsi son mərhələdə olmalıdır: “Referendumun vaxtını indidən demək mümkün deyil”.

7 İyun, 2011  14:59 Baxılıb: 1086

Bu bölmədə