Simsar.az | bizi özünüzə Simsar bilin
Qaxda 29 yaşlı kişi özünü yandırıb

Qaxda 29 yaşlı kişi özünü yandırıb. Hadisə mayın 17-si axşam saat 23 radələrində Qax şəhərində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Tural Elman oğlu İbrahimov yaşadığı ünvanda üzərinə benzin tökərək özünü yandırıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan T. İbrahimov Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Tibb müəssisəsindən ONA-ya bildirilib ki, T. İbrahimova bədənin 40 faizinin 1-ci, 2-ci dərəcəli yanıq xəsarətləri qoyulub. T. İbrahimova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.(ona)

18 May, 2019  11:30 Baxılıb: 859

Bu bölmədə