Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan təmsilçisi "Eurovision-2019"un finalına vəsiqə qazanıb

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb.Sonda ifaçıların ifaları dəyərləndirilib. Yekun nəticələrə əsasən, təmsilçimiz Çingiz Mustafayev finalçıların sırasına qoşulub.

Müsabiqənin finalı isə mayın 18-də baş tutacaq.

17 May, 2019  10:56 Baxılıb: 1722

Bu bölmədə