Tramp Green Card-ı ləğv edir
ABŞ prezidenti Donald Tramp məsləhətçiləri Cared Kuşner, Stefen Miller və Kevin Hastın təşəbbüsü ilə hazırlanan immiqrasiya siyasətini dəyişdirmək proqramını 16 mayda Konqresə təqdim edəcək. newsru.co.il- xəbər verir ki, dəyişikliklər paketində ABŞ-a köçmək istəyənlərdə ingilis dili, yüksək təhsil və invesitisiya yatırmaq potensialı olmasına önəm veriləcəyi qeyd olunub. Bundan başqa, islahatda ABŞ-da təmənnasız yaşamaq hüququ verən “Green Card” (“Yaşıl Kart”) lotoreyasının ləğvi nəzərdə tutulub. Xatırladaq ki, Tramp bu məsələni hələ 2017-ci ildə gündəmə gətirmişdi. Həmin ilin avqustunda uşaq yaşlarından qaçqın kimi gələn şəxslərə yaşamaq hüququ verən DACA proqramını ləğv etmişdi.(BAKU.WS)
16 May, 2019 16:47 ⁄ Baxılıb: 884
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |