Trampın şəkli olan corabla onun görüşünə getdi - Gündəm oldu
ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser Donald Trampla görüşə qeyri-adi görkəmdə gəlib. Görüş ABŞ prezidentinin ştata səfəri zamanı baş tutub. Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb. Fotoda qubernatorun Trampın portreti əks olunan zolaqlı corabları diqqətdən qaçmayıb. Nanqesser, eyni zamanda qeyd edib ki, Trampdan "American Idol” teleşousunun yerli iştirakçısını dəstəkləməyi xahiş edib. Tramp isə “baxarıq, nə etmək olur” cavabını verib. Qeyd edək ki, vitse-qubernatorun corabları “Amazon” saytında 27,49 dollara satılır.(qafqazinfo)
16 May, 2019 01:25 ⁄ Baxılıb: 972
Bu bölmədə1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı8 İyun, 2022 İranda qatar qəzası - 17 ölü, 50 yaralı |