ABŞ bütün diplomatlarını təcili şəkildə İraqdan çıxarır
ABŞ bütün diplomatlarını təcili şəkildə İraqdan çıxarır. ABŞ Dövlət Departamenti İraqda təcili vəziyyətlə əlaqədar olmayan bütün məmurlara ölkəni tərk etmək əmri verib. Əmr çərçivəsində Bağdaddakı səfirliyin, Ərbildəki konsulluğun viza işləri müvəqqəti olaraq təxirə salınıb. Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran dəstəkli qüvvələrdən gələ biləcək hücumlara dair kəşfiyyat məlumatı alıb. Buna görə də ABŞ-ın İraq və Suriyadakı mövqeləri fövqəladə vəziyyətə keçib. Məlumat üçün bildirək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdadda yerləşir.(publika)
15 May, 2019 15:16 ⁄ Baxılıb: 934
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |