Simsar.az | bizi özünüzə Simsar bilin
Kəpənəklər kütləvi şəkildə ölüb yol kənarına tökülür

Müxtəlif ölçüdə olan canlılar daha çox asvalt yolun üzərində və ətrafında gözə dəyir.

Canlıların ölümü əsasən Bakı-Qazax avtomagistralının Goranboyun, Nadirkənd ərazisindən keçən hissəsində müşahidə olunub. Yerli sakinlər bildirir ki, belə halla ilk dəfədir rastlaşırlar. Bəzəkli kəpənəklər hündürlükdən çabalayaraq yerə çırpılır və bir müddət sonra ölürlər. Bəzən isə avtomobillərin təkərləri altında can verirlər.

Canlıların ölüm səbəbi məlum olmasa da,yerli sakinlər həyətlərdə belə halla rastlaşmayıblar. Kəpənəklərin ölümü əsasən magistral yolun ətrafında müşahidə edilməkdədi

Çəmən kəpənəkləri adlandırılan canlıların ölüm səbəbini mütəxsislər müxtəlif səbəblərlə izah edirlər. Bildirilir ki,canlıların ölümünə hava şəariti və sahələrin dərmanlanması təsir göstərə bilər.(yeniavaz)


15 May, 2019  14:02 Baxılıb: 827

Bu bölmədə