Simsar.az | bizi özünüzə Simsar bilin
Elmar Məmmədyarovun Parisə səfəri planlaşdırılır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisə səfər etməyi planlaşdırır.

Simsar.az xəbər verir ki, bu barədə E.Məmmədyarov “Amerikanın səsi” radiostansiyasına müsahibəsində deyıb. Nazir bildirib ki, prezidentlərin Kazan görüşündən sonra Parisə səfər etməyi, fransız həmkarı Alen Jüppe ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır.

Nazir qeyd edib ki, iyunun 11-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə keciriləcək üctərəfli görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin son təklifləri müzakirə ediləcək.

“Bundan sonra təkliflər prezidentlərə təqdim olunacaq. Əgər prezidentlər təklifləri qəbul etsələr, onda bu irəliyə doğru addım sayıla bilər”.

Elmar Məmmədyarov bildirib ki, razılaşdırılmamış məqamlar üzərində iş davam edir.

7 İyun, 2011  02:46 Baxılıb: 1441

Bu bölmədə