Simsar.az | bizi özünüzə Simsar bilin
Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

DİN Mətbuat Xidmətindən Simsar.az - a verilən məlumata görə, Binəqədidə narkotik istehsalı və satışı ilə məşğul olan şəxslər saxlanılıb. RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan marixuana və metadon aşkar ediblər. Həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu tapılıb. Əməliyyatt-axtarış tədbirləri davam etdirilir.

15 May, 2019  12:04 Baxılıb: 733

Bu bölmədə