Bakıda qısqanc kişidən dəhşətli əməl
Bakıda qısqanclıq zəminində bıçaqlanma baş verib. Hadisə mayın 13-də saat 15:45-də qeydı alınıb. Belə ki, Masallı rayon sakini 1986-cı il təvəllüdlü Teymur Bəyağa oğlu Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub. Nəticədə Elşad Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Səbail rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsilə cinayət işi başlanıb. Cinayəti törədən Teymur Ağayev qaçıb gizlənib. Teymur Ağayevin tutulması istiqamətində əməliyyata başlanıb.(BAKU.WS)
15 May, 2019 10:40 ⁄ Baxılıb: 873
Bu bölmədə19 Aprel, 2024 Mingəçevirdə 20 yaşlı oğlan bıçaqlandı18 Aprel, 2024 31 yaşlı kişi tövlədə özünü asdı17 Aprel, 2024 Aytən Səfərova yol qəzasına düşüb – Ölən var1 Mart, 2024 Göyçayda 1 nəfər kanalda batıb27 Fevral, 2024 Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü |