Simsar.az | bizi özünüzə Simsar bilin
28 yaşlı gənc itkin düşüb - Ailəsi axtarır

Bakı sakini naməlum şəraitdə itkin düşüb. Hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində qeydə alınıb. Gəncə prospekti 69, mənzil 129-da yaşayan Manafova Vüsalə Nizami qızı polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1991-ci il təvəllüdlü Manafov Gündüz Elxan oğlu aprelin 28-də evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalar aparılır.(trend)

15 May, 2019  09:35 Baxılıb: 697

Bu bölmədə