Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda avtobus sürücüsünü sükan arxasında döydülər - VİDEO

Bakıda 91 saylı marşrut avtobusunda insident baş verib. Dünən axşam saatlarında Avtovağzal-Binəqədi istiqamətində hərəkət edən 91 saylı avtobusda münaqişə yaşanıb. Təxminən 20-25 yaşlı sərnişin sürücüdən avtobusu dayanacaqdan kənar yerdə saxlamağı tələb edib. Adil adlı sürücü onun istəyini yerinə yetirməyəndə sərnişin birbaşa sürücünün üstünə yeriyərək təpikləməyə başlayıb. Avtobusda olan digər sərnişinlər onları ayırmağa çalışsalar da buna nail ola bilməyiblər.(Aznews)

 

14 May, 2019  18:13 Baxılıb: 951

Bu bölmədə