Simsar.az | bizi özünüzə Simsar bilin
Nazir əlilliyin müəyyən olunması qaydaları barədə

"Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq".

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, bu günədək Sovet İttifaqı dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcud idi: "Bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmir. Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçülərək onun əlilik dərəcəsi müəyyən ediləcək".

S.Babayev bildirib ki, bu kriteriyalar həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindən birgə hazırlanıb: "Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək".

14 May, 2019  15:08 Baxılıb: 733

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası