Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ İranın üstünə 120 minlik ordu göndərir

ABŞ İranı “çəkindirmək” üçün Yaxın Şərq regionuna 120 minlik kontingent göndərməyə hazırlaşır. Bu barədə “The New York Times” qəzeti Pentaqondakı və Ağ ev administrasiyasındakı mənbələrə istinadən bildirir. Qəzetin yazdığına görə müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ötən həftə Yaxın Şərq regionuna 120 min hərbçinin göndərilməsini nəzərdə tutan planı təqdim edib. Həin plan o zaman reallaşacaq ki, İran silahlı qüvvələri Amerika hərbçilərinə hücum etsin və ya Tehran nüvə silahı əldə etməyə yönəlmiş fəaliyyətini artırsın. Lakin planda söhbət İrana birbaşa quru müdaxiləsindən getmir, Pentaqonda deyirlər ki, bunun üçün daha çox sayda hərbçi lazım gələrdi.(virtual)

14 May, 2019  11:21 Baxılıb: 931

Bu bölmədə