Simsar.az | bizi özünüzə Simsar bilin
"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi başladı

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsi İsraildə, Tel-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb. Bu barədə TASS xəbər verir. Qeyd edilir ki, "Eurovision kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ  müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

13 May, 2019  00:35 Baxılıb: 1567

Bu bölmədə