Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanda İran dini komitəsinin qeydiyyatı ləğv edildi

Ədliyyə Nazirliyinin məktubu komitənin qapısından asılıb

Azərbaycanın Ədliyyə Nazirliyi İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin qeydiyyatını ləğv edib.

APA-nın xəbərinə görə, qeydiyyatın ləğv olunmasına səbəb kimi qurumun hüquqi ünvanı və hüquqi şəxsi dəyişilərkən bu barədə nazirliyə məlumat verilməməsi göstərilib.

İranın İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyindən məlumat təsdiqlənib və qurumun Azərbaycan nümayəndəliyinin qeydiyyatının ləğv edildiyi bildirilib. Bununla bağlı nazirliyin müvafiq məktubunun komitənin Ayaz İsmayılov, 3 ünvanındakı inzibati binasının qapısına vurulduğu qeyd edilib.

Hazırda İmam Xomeyni İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin yalnız poliklinikası fəaliyyət göstərir ki, bu da ümumi fəaliyyətin 30-40 faizi deməkdir.

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi Azərbaycanın dövlət qurumlarının təmsilçiləri ilə müzakirə aparır. Artıq qurumun yenidən qeydiyyata alınması üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.

6 İyun, 2011  22:33 Baxılıb: 1036

Bu bölmədə