Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının konserti keçiriləcək
Mayın 9-da Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü və Heydər Əliyev Fondunun 15 illiyi münasibətilə Azərbaycan incəsənət ustalarının konserti keçiriləcək.Saat 20.30-da başlayacaq konsert proqramında Əməkdar artist Natiq Şirinovun “Natiq” ritm qrupu, Xalq artistləri Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Ayğün Kazımova, Əməkdar artistlər Səbinə Babayeva, Abbas Bağırov, Sevda Ələkbərzadə, Röya Ayxan, Miri Yusif, tanınmış müğənnilər Xəyyam Nisanov, Günay İbrahimli, Zamiq Hüseynov, Sevda Yahyayeva, Azad Şabanov, Rauf Əhmədov və digərləri çıxış edəcəklər. Konsertə giriş sərbəstdir.
26 Aprel, 2019 16:21 ⁄ Baxılıb: 5415
Bu bölmədə17 Yanvar, 2020 Doşabın faydaları14 Yanvar, 2020 Alimlər Günəş sisteminin əsas sirrini açıblar17 Dekabr, 2019 Zelenski Bakıda mühafizəçilərsiz oyuncaq mağazasında - FOTO29 Oktyabr, 2019 Günəş sistemində yeni planet tapıldı |