Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda qəza keçirən pilot: "Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır

“Adi qaydada gedirdim və lyukun qapağına ilişdim. Maşın möhkəm silkələndi, mühərrik söndü”.“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın “Williams” komandasının pilotu Corc Rassell “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ilk sərbəst yürüşü zamanı keçirdiyi qəzanı şərh edərkən deyib. 21 yaşlı sürücünün sözlərinə görə, bolidinin altı sınıb. O, trasın durumundan narahatlıq keçirdiyini söyləyib: “Boliddəki zədə barədə indi nəsə demək çətindir. Lyuklərlə bağlı problem həllini tapmayana qədər sessiya bərpa olunmayacaq. Bu insident sessiyanı korladı. İstəmədiyimiz bir ssenaridir, amma belə şeylər olur. Hazırda heç bir yerim ağrımır, hər şey qaydasındadır. Mən möhkəm oğlanam. Axşam özümü yaxşı hiss etmirdim. Amma indi düzəlmişəm”. Qeyd edək ki, hazırda trasdaklı lyuklərin qapaqları yoxlanılır. Saat 15:00-a nəzərdə tutulan “Formula 2” yarışının sıralama turunun başlaması da sual altındadır.

26 Aprel, 2019  15:58 Baxılıb: 1093

Bu bölmədə