Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda Formula 1 bolidlərinin son hazırlıqlar

Sabah start götürəcək Formula 1 Azərbaycan Qran Prisində bolidlərin son hazırlıq işləri aparılır. Verilən məlumata görə yarışda iştirak edəcək komandalar artıq Bakıdadır.

Bu gün azarkeşlər pit-yolu gəzmək imkanı əldə ediblər. Müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş 350-400 km/saat sürətlə şütüyəcək bolidlərin hərəkət yoluna çıxaraq Formula 1 hazırlıqlarını müşahidə ediblər.

Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.

Qeyd edək ki, Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisi aprelin 28-dək davam edəcək.

Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.(trend)

25 Aprel, 2019  18:07 Baxılıb: 5247

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları