Simsar.az | bizi özünüzə Simsar bilin
Milli Məclis 19 məsələ ilə bağlı qərar verəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Deputatlar iclasın əvvəlində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra Mülki, İnzibati Xətalar və Su məcəllələrinə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Lisenziya və icazələr haqqında", "Məktəbəqədər təhsil haqqında", "Peşə təhsili haqqında" və digər qanunlara dəyişikliklər müzakirə olunacaq. Ümumilikdə iclasın gündəliyinə 19 məsələ daxildir.(trend)

23 Aprel, 2019  11:31 Baxılıb: 614

Bu bölmədə