Simsar.az | bizi özünüzə Simsar bilin
SƏRDAR CƏLALOĞLU QARDAŞI QURBAN MƏMMƏDOVU TƏHQİR ETDİ

“…Gülməli, qeyri-ciddi, siyasi baxımdan qeyri-etik hərəkət…”

ADP sədri Sərdar Cəlaloğlu həmin partiyanın üzvü olan qardaşı Qurban Məmmədovun ünvanına sərt ifadələr işlədib. Q.Məmmədovun müxalifəti birləşdirmək təşəbbüsünü qeyri-ciddi adlandıran S.Cəlaloğlu APA-ya açıqlama verib. 

O deyib ki, 0-15 partiyanı idarə etmək təşəbbüsü siyasi etika baxımdan düzgün deyil. Partiyalarda kifayət qədər intellektual və optimal qərar qəbul etməyə qadir şəxslər var.

Qardaşı Q.Məmmədov barədə daha sonar bildirib: “Qurban Məmmədovun təşəbbüsü çox gülməli, qeyri-ciddi, siyasi baxımdan qeyri-etik hərəkətdir. Beynəlxalq təşkilatların da bu istiqamətdə təklifləri olub. Yəni beynəlxalq təşkilatların təşəbbüsü ilə birləşməyən müxalifət hansısa Qurban Məmmədovun sözü ilə birləşə bilərmi? Əlbəttə yox. Lalə Şövkətin, Sərdar Cəlaloğlunun və digər partiya liderlərinin ideya və təşəbbüsü ilə müxalifətin birliyi alınmadısa, necə düşünürsünüz, Qurban Məmmədovun təklifi ilə birlik alınar? Eyni ideyanı götürüb dövriyyəyə buraxıblar. AXCP və Müsavat Partiyasından kənarda olan birlik müxalifətin vahid güc mərkəzi kimi çıxış edə bilməz”.

Anar

6 İyun, 2011  17:53 Baxılıb: 1953

Bu bölmədə